Bakı məktəblərinin I sinfinə qəbulla bağlı müraciətlərin sayı açıqlanıb. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
30 may tarixinə olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron sistem vasitəsilə 30.597 uşaq üçün sorğu yerləşdirilib.
Bundan əlavə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4481 müraciət operativ şəkildə cavablandırılıb.
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək.