Bakıda “Post-həqiqət” tamaşasına aid seminar keçiriləcək. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az “Salaam Cinema Baku”ya istinadən xəbər verir.
Təlimatlar və təkliflər vasitəsilə istiqamətləndirilən bu təcrübə sizin öz yaradıcılığınızı və bədən araşdırma prosesini əhatə edir. Tədbir açıq havada baş tutacaq. Bu səbəbdən iştirakçılardan çirklənməsi problem olmayan rahat geyimdə gəlmələri xahiş olunur.
Məşqlər 12 fevral saat 14:00-16:00 arası baş tutacaq. Dərslər rus və ingilis dillərində keçiriləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir.