Bakı Rus Evində “Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə töhfəsi” mövzusunda mühazirə keçiriləcək. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az icmaya istinadən xəbər verir.
“Bakı haqqında” layihəsi çərçivəsində təşkil olunacaq tədbirdə bəstəkar, SSRİ Xalq artisti və Azərbaycan SSR Xalq artisti Müslüm Maqomayevin ölkə mədəniyyətinə verdiyi töhfə barədə ətraflı məlumat veriləcək.
Mühazirə Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Bakıdakı Rus Evinin təşkilatçılığı ilə baş tutacaq.
Tədbir 15 dekabr saat 19:00-da keçiriləcək. Giriş sərbəstdir.