Ramana qəsəbəsi – 8-ci kilometr arasında sərnişinləri daşıyan marşrut avtobusunun sürücüsü sərnişinin həyatını təhlükəyə atıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Sürücü avtobusu qapısı açıq vəziyyətdə sürüb, sərnişin isə qapıdan sallanaraq yol boyunca gedib.
Avtobus xətti "Ayşən" MMC tərəfindən idarə olunur. Analoji hal ötən ilin mart ayında da lentə alınıb. Şahidlərin sözlərinə görə, sürücülər tərəfindən sərnişinlərə qarşı bu cür yanaşma hər gün müşahidə olunur.