Paytaxtda ümumşəhər iməciliyi keçirilib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Baş tutan iməcilik çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Həmçinin xidmət əməkdaşları tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində oturacaqlar təmizlənərək yuyulub.
Eləcə də ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənərək, ətrafında səliqə-sahman yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.