Dekabrın 12-də Bakıdakı Rus Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş poeziya gecəsi baş tutacaq. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə istinadən xəbər verir.
Tədbir saat 19:00-da “Azərbaycanın Rus Gəncləri Assosiasiyası”, “Gənclərin töhfəsi” və “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” ictimai birlikləri tərəfindən keçiriləcək.
Ünvan: Üzeyir Hacıbəyli, 77B.