Cari il Bakıda məktəb dəyişənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46.736 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Bununla bağlı idarədən məlumat verilib.