Bakıda “Bir peşənin sirri” adlı festival keçiriləcək. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Festivalda iştirakçılar müxtəlif peşə sahələri üzrə ustad dərslərində iştirak edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Eyni zamanda, emalatxanalarda istifadə olunan avadanlıqların nümayişi və istifadəsi barədə geniş məlumat veriləcək. Burada ziyarətçilər müxtəlif peşə sahələri üzrə mütəxəssislərlə tanış ola biləcək, onların təcrübələrindən bəhrələnəcək və maraqlandıran suallarını birbaşa cavablandırma imkanı əldə edəcəklər.
Tədbir 14 avqust 2024-cü il tarixində Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev parkda saat 17:00-dan 20:00-dək baş tutacaq.