Paytaxtın 2 rayonunda piyada səkilərinin zəbt olunmasından şikayət edirlər. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında piyadalar üçün nəzərdə tutulan səki obyekt tərəfindən zəbt olunub. Bu səbəbdən piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar.
Sahibkar və İcra Hakimiyyəti məsələ ilə bağlı bildiriblər ki, sözügedən obyektin bütün icazələri var və tikinti tam qanunidir.
Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində isə piyada səkisi inşaat şirkəti tərəfindən zəbt olunub. Burada çoxmərtəbəli yaşayış binası tikildiyindən bütün səki hasarlanıb.
Tikinti şirkətindən qeyd olunub ki, ərazidə işlər tamamlandıqdan sonra səkidə piyadaların hərəkəti üçün zəruri şərait yaradılacaq.