Bakının Nizami rayonunda yerləşən Bəhruz Nuriyev küçəsində piyadalar üçün səkidə yer qalmayıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Yayılan videogörüntülərdə yerli sakin bildirir ki, vaxtilə geniş olan səkinin yerində parkinq yerləri düzəldilib. Binanın altında isə obyektlər olduğu üçün pilləkən və artırmalar səkinin digər hissəsini tutub. Piyadalar üçün isə cəmi bir metr endə keçid saxlanılıb.
Səki ilə qarşı-qarşıya gələn iki nəfərin hərəkəti və yaxud uşaq və əlil arabası ilə buradan keçmək tamamilə mümkünsüzdür. Nəticədə piyadalar avtomobil zolağına çıxmağa məcburdurlar.