Bakıda daha bir səki zəbt olunub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Avtosfer-ə istinadən xəbər verir.
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə Kənar Dairəvi yolun kəsişməsində yerləşən supermarketin qarşısında piyada səkisi ləğv olunaraq əvəzində parklanma zonası yaradılıb. Hazırda küçə parklanma sahəsi və avtomobil yolundan ibarətdir.
Bununla bağlı görüntülər yayılıb.