Piyadalar yol polisinin gözü qarşısında yol-nəqliyyat qaydalarını pozurlar. Bu haqda 30 mart tarixində Avtosfer.az məlumat verib.
Paytaxtın “Koroğlu” metrostansiyasının ətrafında piyadalar yeraltı keçid olduğu halda, magistral yolu təhlükəli hissədən keçirlər. Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi bunun qarşısını almaq üçün yola dəmir arakəsmələr quraşdırsa da, piyadalar ya bu dəmirlərin üzərindən atlanır, ya da arakəsmələr bitən yerə qədər gedərək yolu üst hissədən keçirlər.