Bakıda “Qərbi Azərbaycan: izimiz və irsimiz” adlı mühazirə baş tutacaq. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Milli Xalça Muzeyinə istinadən xəbər verir.
Mühazirədə Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) xalqımıza məxsus olmuş maddi-mədəni və memarlıq nümunələri, onların aqibəti, son 200 ildə millətimizə qarşı həyata keçirilən kütləvi qırğınlar, deportasiyalar barədə məlumat veriləcək. Həmçinin tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdışın reallaşdırılması istiqamətində görülən işlərdən danışılacaq.
Mühazirəni tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa aparacaq. Tədbir 16 dekabr saat 16:00-da baş tutacaq. İştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır.