Bu gün, 13 oktyabr gecə saatlarında Yasamal rayonunun “20 Yanvar” stansiyasının yaxınlığında yol qəzasını çəkiliş vaxtında qazi kimi özünü təqdim edən şəxs APA-nın jurnalistlərinə hücum edib.
Kanal işçilərinin sözlərinə görə, onlar yüksək sürətlə evakuatora çırpılan avtomobili lentə almağa başlayıblar. Bu zaman özünü qazi kimi təqdim edən bir adam onlara yaxınlaşaraq təcavüzkar şəkildə çəkilişlərin dayandırılmasını tələb edib. Jurnalistlər gəncin qəza ilə heç bir əlaqəsinin olmadığını iddia edirlər.
Qısa müddətdən sonra həmin şəxsə digər insanlar da qoşulub, jurnalistlərə xəsarət yetiriblər. Həmçinin, hücum zamanı çəkiliş texnikasına da zərər dəyib.
Qazi kimi özünü təqdim edən şəxs dostları arasında “Makedon” kimi tanınır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Daha öncə, 1 sentyabr tarixində Xətai rayonunda yerləşən 7 saylı Şəhər Poliklinikasında özünü l Qarabağ Müharibəsi qazisi kimi təqdim edən Ceyhun Ağayev poliklinikanın qapısını sındıraraq həyat yoldaşı ilə içəri daxil olmuşdur. Daha sonra o, 3 həkimə xəsarət yetirmişdir. DİN-in açıqlamasına əsasən, Bakı sakini olan 43 yaşlı Ağayevin yalan danışdığı məlum olmuşdur. 1994-cü il, atəşkəs imzalananda 16 yaşı tamam olduğundan, o heç bir müharibənin qazisi olmadığı müəyyən olmuşdur.