Arvadını belinə banka qoymadığı üçün döyən kişinin məhkəməsi başa çatıb. Məhkəmə ona bəraət verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
Hadisə aprelin 1-də Nizami rayonunda baş verib. 45 yaşlı Bakı sakini belinə banka qoymayan həyat yoldaşına mübahisə zamanı bir neçə yumruq zərbəsi vurub.
Arvad polisə şikayət etsə də, məhkəmədə ərini bağışladığını bildirib. Məhkəmənin qərarı ilə həmin şəxs həyat yoldaşı tərəfindən bağışlandığından cinayət məsuliyyətdən azad edilib, işin icraatına xitam verilib.