Bakı şəhəri ərazisində qanunsuz ağac kəsimi aşkar edilib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aparılan araşdırma zamanı məlum olub ki, ağaclar paytaxtın Xətai rayonu, Zeytun küçəsi, 40 ünvanında vətəndaş Sərdar İmanov və Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə “SR-A Construction” MMC tərəfindən kəsilib.
Aşkar olunan faktlarla bağlı toplanan sənədlər Baş Prokurorluğa göndərilib.