top
Bakıda qanunsuz parkinq və “parkovşik”lər nə vaxt aradan qaldırılacaq? – VİDEO
13 iyul 2024, 07:49
- ↺ +

Bakıda qanunsuz parkinq və “parkovşik”lər nə vaxt aradan qaldırılacaq? – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkədə nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız qaydada mobil tədbiq və SMS vasitəsilə həyata keçirilir. Bu prosesə ötən ilin avqust ayından başlanılıb. Buna baxmayaraq, paytaxtın bəzi yerlərində hələ də qanunsuz parklanma yerlərinə rast gəlmək mümkündür.

Elə Nərimanov rayonunda “Şəki” dairəsi kimi tanınan ərazi yaxınlığında qanunsuz dayanacaq fəaliyyət göstərir. Burada yaşayan sakinlər iddia edirlər ki, “parkovşik”lər digər nəqliyyat vasitələrindən müəyyən məbləğ alaraq onların avtomobillərini gün ərzində burada parklayırlar və bu da burada yaşayan sakinlərin öz avtomobillərini saxlamalarına maneə yaradır, eyni zamanda gün ərzində rahat hərəkətə mane olur. İşdən sonra evə qayıdan sakinlər isə öz maşınları üçün yer tapa bilmədiklərinə görə avtomobilləri digər yerlərdə saxlamağa məcbur qalırlar.

Paytaxtın digər ərazilərində də oxşar vəziyyət müşahidə edilir. Sakinlər deyirlər ki, burada da müəyyən vəsait hesabına avtomobillər saatlarla saxlanılır.

Aidiyyəti qurumlar isə sürücüləri həmin parklanma yerlərindən istifadə etməməyə çağırır.

“Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödəniş etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”, – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Bu halları təşkil edənlər, həmin xidmətlə bağlı ödəniş tələb edən şəxsləri qanunvericiliklə müəyyən cəza gözləyir.

“Dayanma-durma və parklanma qaydasının tənzimlənməsi məqsədilə neqativ hallar tərəfimizdən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində parklanma ilə bağlı sistemli mübarizə və profilaktik tədbirlər həyata keçirilir. Qeyd eləmək lazımdır ki, inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunsuz parklanma işini təşkil edən şəxslər barəsində inzibati tənbeh tədbiri və eləcə də cərimələr tədbiq edilir”, – deyə Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Mövcud məbləğ 80 AZN təşkil edir. Lakin qanun pozuntusunu edənlər 2000 manatadək cərimə olunacaqlar. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimələnəcəklər. Bununla yanaşı, inzibati həbs də tədbiq oluna bilər.

Son xəbərlər

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Oxşar xəbərlər