Bakıda rəqs tamaşası təqdim ediləcək. Bu haqda bu gün, 21 mart tarixində Bakuplus.az filarmoniyaya istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “İrs” adlı konsert bütöv Azərbaycanın zəngin mədəniyyətinə, bu irsin əsrlərlə qorunmasına həsr edilir. Tamaşada Doğma Qarabağı yağı düşmənlərin işğalından azad edən vətənpərvər igidlərin cəsurluğundan söz açılacaq.
Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edəcək. Tamaşanın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir.
Tədbir 4 may saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletləri İticket.az-dan almaq mümkündür. Qiymətlər 15-100 AZN arası dəyişir.