Bakıda Səs Dizaynı mövzusunda açıq dərs keçiriləcək. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az “Salaam Cinema Baku”ya istinadən xəbər verir.
Kurs səs dizaynı, modul sintez və ya VCV Rack ilə yeni tanış olanlar üçün nəzərdə tutulub. Bu kurs, “Eurorack hardware” sintez formatını təqlid edən, pulsuz, açıq mənbəli, çox platformalı bir proqram mühiti olan VCV Rack-da modul sintezinin əsas konsepsiyalarını əhatə edir.
Kurs İlkin Hüseynov tərəfindən aparılacaq. Tədbir 19 iyun saat 19:00-21:00 arası baş tutacaq.