top
Bakıda sakinlər 25 ildir ki, yanğından sonra qəzalı binada yaşayırlar
12 dekabr 2022, 06:00
- ↺ +

Bakıda sakinlər 25 ildir ki, yanğından sonra qəzalı binada yaşayırlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan bina sakinlərin həyatı üçün təhlükəyə çevrilib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.

Ötən əsrin əvvəllərində inşa edilən bu bina istismar müddətini başa vurduğuna görə deyil, başqa bir hadisəyə görə qəzalı vəziyyətə düşüb və o vaxtdan düz 25 il ötüb. Bu müddət ərzində binada nə söküntü, nə də təmir-bərpa işləri aparılıb.

1997-ci ildə bitişik binada yanğın baş verib. Yanğın zamanı əksər evlər qəzalı vəziyyətdə olduğundan sakinlərin bir hissəsi buradan köçüb. Bir neçə ailə qalıb ki, hal-hazırda onların yaşadıqları evlər qəzalı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, 25 il əvvəl bu binada 20 ailə yaşayıb. Yanğından sonra sakinlərin əksəriyyəti bu binanı tərk edərək kirayəyə və ya başqa evlərə köçüb. 3 ailə isə imkansızlıqdan qəzalı vəziyyətdə olan bu binada yaşayır.

Qəzalı bina ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən(RİH) bildirilib ki, bu binanın vəziyyətindən xəbərləri var.

Nəsimi RİH-nin memarı Ələsgər Rüstəmov: “Qəzalı vəziyyətdə olan binalar haqqında monitorinqlər keçirilir. Nəticədə ya söküntü işləri aparılaraq müasir binalar tikilməlidir, ya da qəzalı binalar yeni binanın tikintisi üçün yararlı olmayan yerlərdədirsə, müvafiq təmir-bərpa işləri aparılmalıdır”.

Memar əlavə etdi ki, ötən əsrin əvvəllərində inşa edilən bu binanın taleyi haqqında yaxın vaxtlarda qərar veriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Bu gün, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Bu gün, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Bu gün, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Bu gün, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Bu gün, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Bu gün, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Bu gün, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Bu gün, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Bu gün, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Oxşar xəbərlər