Bakının “20 Yanvar” m/s yaxınlığındakı “Bravo” hipermarketinin qarşısında dekabrın 1-də növbəti “Tullantıları tingə dəyiş” aksiyası keçiriləcək. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az məlumat verir.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Sakinlər ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Aksiya saat 12:00-da başlayacaq.