Bakıda təhlükəli və qurumuş ağaclar götürülür. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Cari ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması müşahidə olunur. Bununla əlaqədar olaraq, paytaxt rayonlarında olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlər davam etdirilir, quru, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi barədə müvafiq rəylər verilir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın Nəsimi, Nərimanov, Yasamal, Xətai, Nizami və Binəqədi rayonlarında ağacların götürülməsi və ya budanması işlərini aparır.
Bu günə qədər 250-yə yaxın quru ağacın götürülməsi həyata keçirilib. Kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlənir.