Bakıda taksi fəaliyyətinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məqsəd sürücülərin müvafiq icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, eləcə də bu barədə maarifləndirilməsidir.
Beləliklə, ümumilikdə 150-dən artıq sürücü ilə maarifləndirici söhbət aparılıb. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bir neçə taksi sürücüsü cərimələnib.
Bildirilir ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin 1 iyul tarixinə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 2024-cü ilin 1 iyul tarixindən sonra buraxılış kartı almaq üçün avtomobillərin yaşı 8 ildən çox olmamalıdır.