COP29 ərəfəsində paytaxtda bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Mədəniyyət Nazirliyindən bildirilib ki, illər ərzində müxtəlif müdaxilələrə məruz qalan fasadlar öz görkəminə qaytarılır, qopmuş və sınıq hissələrin bərpası istiqamətində işlər aparılır. Memarlıq abidələrinin abadlaşdırılması işləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq həyata keçirilir.
Nazirliyin şöbə müdiri Aynur Kərimovanın sözlərinə görə, işin aktuallığını nəzərə alaraq, problemlərin yerindəcə həlli üçün işçi qrupu yaradılıb.
Bildirilir ki, uzun illər əvvəl görünüşü dəyişdirilmiş və müvafiq olaraq yenidən rənglənmiş fasadlar təmizlənir. Tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görünüşünə xələl gətirmədən bərpa işlərinin aparılmasına ciddi nəzarət olunur.
Ətraflı süjetdə: