Bakıda tullantılardan sənət əsərlərinin sərgisi baş tutub. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az “Təmiz Şəhər”ə istinadən xəbər verir.
Bakıda IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib. Sərgidə 9 müxtəlif ölkədən dəvət olunmuş 12 xarici və 18 yerli sənət adamı “Sülh üçün yarat” mövzusunda tullantılardan və lazımsız hesab edilən əşyalardan düzəltdikləri incəsənət nümunələrini nümayiş etdiriblər.
Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində təşkil olunan sərginin əsas məqsədi insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, tullantıların həcmini azaltmaq və lazımsız hesab edilən əşyaların yaradıcı şəxslərin toxunuşu ilə sənət əsərinə çevrilə biləcəyini əyani şəkildə göstərməkdir.
2012-ci ildən keçirilən sərgidə ötən müddətdə 46 ölkədən 200-dən çox yaradıcı şəxs iştirak edib. Onların əl işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun ərazisində yaradılan “Tullantıdan sənətə” muzeyində ziyarətçilərə təqdim olunur.
[caption id="attachment_139247" align="alignnone" width="640"]
Foto “Təmiz Şəhər”[/caption]