“Passage 1901”də uşaqlar üçün tədbir keçiriləcək. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az iaşə obyektinə istinadən xəbər verir.
Beynəlxalq Uşaqlar Günü ilə əlaqədar adıçəkilən məkanda uşaqlar üçün yarmarka təşkil olunacaq. Tədbirdə müxtəlif master-klaslar, təamlar, eləcə də fərqli əl işləri və məşhur simaların iştirakı nəzərdə tutulub.
Yarmarka 2 iyun saat 12:00-21:00 arası keçiriləcək. Giriş sərbəstdir.