Bakının Nərimanov rayonunda yeni tikilən binadan iki qaraj alan şəxs mülkünün başqa şəxsə satıldığını iddia edib. Bu haqda bu gün, 27 may tarixində KriminalQafqaz məlumat verib.
Mirəli Qaşqay küçəsi, 987-ci məhəllədə “Star” MTK-nın inşa etdiyi binadan daşınmaz əmlak alan Möhübbət Əsgərov həmin əmlakın başqa şəxsə satılması barədə ərizə ilə Nərimanov Rayon Daxili İşlər İdarəsinə müraciət edib. Vətandaş bildirib ki, 2015-ci ildə “Star” MTK-ya qarajların alınması üçün 40.000 manat ödəyib. Bina tikilib təhvil verildikdən sonra məlum olub ki, qarajlar başqa şəxsə veriləcək.
Hazırda Nəraimanov Rayon Polis İdarəsində müraciətlə bağlı araşdırma aparılır.