Sabah, 10 dekabr tarixində “Christmas Bazaar” xeyriyyə yarmarkası keçiriləcək. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir İnternational Women’s Club of Baku tərəfindən təşkil olunur.
Qonaqları eksklüziv əl işləri, evdə hazırlanan şirniyyatlar, qlintveyn, lotereya, feysart, uşaqlar üçün oyunlar, Şaxta Baba və daha nələr gözləyir.
Satış saat 11:00-dan 17:00-a kimi davam edəcək. Giriş ödənişlidir və 2 manat təşkil edir. 12 yaşa qədər uşaqlar üçün iştirak pulsuzdur.