Fevralın 19-da “Tynda.music” yenidən dünya şöhrətli bəstəkar Hans Zimmerin mahnı parçaları ilə çıxış edəcək. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az xəbər verir.
Tədbirdə sənətkarın “Ulduzlararası”, “Kral Şir”, “Karib dənizinin quldurları” kimi filmlər üçün bəstələdiyi mahnılar səsləndiriləcək.
Konsert Heydər Əliyev Sarayında baş tutacaq. Bilətləri onlayn və şəhərin kassalarında əldə etmək mümkündür. Qiyməti 25 manatdan başlayır.
Kazaxıstandan olan “Tynda.music” simfonik orkestr və xoru ötən il “Harry Potter”, “anime” cizgi filmlərinin və Lyudoviko Eynaudinin bəstələri ilə yadda qalıb.