top
Bakıda yerli və xarici məşhurlar kitab sərgisində “Günün qonağı” olacaq
05 oktyabr 2021, 07:43
- ↺ +

Bakıda yerli və xarici məşhurlar kitab sərgisində “Günün qonağı” olacaq

Bakıda məşhurlarla görüş günləri keçiriləcək. Tədbir Beynəlxalq Kitab sərgisi çərçivəsində 6-10 oktyabr tarixlərində təşkil olunacaq.

Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət proqramlar gözləyir. Məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində “günün qonaqları” olacaqlar.

Qonaqlar arasında Çingiz Abdullayev, Bəhram Bağırzadə, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Toğrul Mehti Niyazi, Sinan Canan və digərləri var.

6 oktyabr saat 14:00-da Çingiz Abdullayevlə görüş təşkil olunacaq. Eyni gündə saat 16:30-da türk yazıçısı Sinan Yağmur da kitabının təqdimatında öz oxucuları ilə görüşəcək. Sərginin ilk günündə "Bakılı oğlanlar" KVN komandasının əfsanəvi üzvü, aktyor, publisist, əməkdar artist Bəhram Bağırzadə də iştirak edəcək.

Oktyabrın 7-də saat 14:00-da “günün qonağı” Elxan Elatlı olacaq. Görüşdə kitab təqdimatı da keçiriləcək. Daha sonra yazıçının avtoqraf saatı baş tutacaq. Həmin gün saat 13:00-da tədqiqatçı və yazıçı Sinan Canan ilə görüş keçiriləcək.

Gülseren Buğdayıcıoğlu ilə görüşmək istəyənlər 9 oktyabr tarixində saat 13:00-da Bakı Ekspo mərkəzinə gələ bilər.

9 oktyabr saat 15:00-da yazıçılardan əlavə Türkiyənin məşhur aktyorlarında olan Ercan Kesal ("Çukur" serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş saatı keçiriləcək.

Sərgi çərçivəsində tarixçi Fuad Axundovun təqdimatında "Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri" mühazirəsi baş tutacaq.

Sərgi və tədbirlərdə iştirak üçün qeydiyyat keçmək zəruridir.

Bundan öncə, Bakıda sabahdan 7-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəaliyyətə başlayacağı barədə məlumat vermişdik.

Son xəbərlər

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Oxşar xəbərlər