Bakıda daha bir neçə küçədə avtomobil yolları təmir olunur. Bu haqda BakuPlus.az Xətai Rayon İcra Hakimiyyətinə istinadən bu gün, 18 may tarixində xəbər verir.
Paytaxtın Xətai rayonu, Marat Əmirxanov və Yavər Səfərov küçələrində rayon əhalisinin təhlükəsiz və rahat hərəkətinin təmin olunması istiqamətində asfaltlanma işləri aparılır. İşlər mərhələli şəkildə həyata keçirilir.
Asflatlanma işləri həmin küçələrdə yaşayan sakinlərin evlərinin qarşısına qədər görülür.