top
Bakıda yolun hər 2 tərəfi parklanma yerinə çevrilib, avtomobillərin gediş-gəlişi çətinləşib – VİDEO
27 dekabr 2023, 05:40
- ↺ +

Bakıda yolun hər 2 tərəfi parklanma yerinə çevrilib, avtomobillərin gediş-gəlişi çətinləşib – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsininə yol kənarında park edilən nəqliyyat vasitələri dönmək istəyən sürücülərə çətin anlar yaşadır. Günün pik saatlarında isə vəziyyət daha dözülməz olur. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Naxçıvanski küçəsi ilə Natiq Əhmədov küçəsinin kəsişməsində düzünə hərəkət edən sürücülər nişanın tələblərinə uyğun olaraq sağdan gələn nəqliyyat vasitələrinə yol verməlidirlər, ancaq sağ tərəfdən yolun hər 2 hissəsi parklanma ilə zəbt olunduğu üçün sürücülərin görmə məsafəsi daralır, nəticədə qəza şəraiti yaranır.

Bənzər problem təkcə bu ərazilərdə yaşanmır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, yolayrıcında hərəkət hissələrinin kəsişməsinə 5 metrdən yaxın məsafədə dayanma və durma qadağandır. Həmin yerlərin parklanma kimi fəaliyyət göstərməsi isə yolverilməzdir. Ekspert deyir ki, belə ərazilər nəzarətə götürülməli, yerində təhlillər aparılmalı, sürücünün hərəkətinə mane olan bütün səbəblər aradan qaldırılmalıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, sözügedən ərazidə nəqliyyatın hərəkətinə daha çox qanunsuz parklanma yerləri mane olur.

“Nizami rayonunun Cəmşid Naxçıvanski və Natiq Əhmədov küçələrinin kəsişməsində xeyli sayda qanunsuz parklanma halları mövcuddur. Eyni zamanda yük avtomobilləri də həmin ərazidə park edilir ki, bu da qanun tələblərinə ziddir. Digər hərəkət iştirakçıları üçün görmə məhdudiyyəti yaranır. O da qeyd olunur ki, parklanma yerləri təşkil edilən zaman bütün yol hərəkəti iştirakçıları üçün əlverişli mühitin yaradılması şərt kimi götürülür. Qeyd edilən ünvana gəlincə AYNA-nın mütəxəssisləri tərəfindən əraziyə bir daha baxış keçiriləcək və təhlükəsizliyə təhdid yaranarsa, bütün zəruri tədbirlər görüləcək”, – AYNA-nın rəsmisi əlavə edib.

Qurum nümayəndəsi qeyd edib ki, Nizami rayonunda artıq ödənişli parklanma yerlərinin təşkilinə başlanılıb və bu da sözügedən problemin həllinə töhfə vermiş olacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər