Bakıda bu gündən, 20 iyul tarixindən etibarən, 20-23 iyul tarixlərində Özbəkistan Kinosu Günləri keçiriləcək.
Üç gün davam edəcək festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Cədvəl:
20 iyul 19:00 – Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi, “Evrilish” (“Təkamül”) bədii filminin nümayişi;
21 iyul 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərinin təqdimatı;
23 iyul 11:00 – “Baxodir” (“Bahadır”) filmi göstəriləcək.
Seanslara giriş sərbəstdir.