Bakıda evlərin qapılarını döyüb uzaqlaşan şəxslər peyda olublar. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Hadisələr Yasamal rayonunda qeydə alınıb. Bildirilir ki, naməlum şəxslər qapıları döyürlər. Onlar özlərini polis əməkdaşları kimi təqdim edib ailə üzvləri haqda məlumat alırlar. Bəzi hallarda isə naməlum şəxslər axşam saatlarında qapıları döyür, kamera və ya içəridən səs eşitdikdə ərazini tərk edirlər.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, həmin şəxslər barəsində araşdırmaya başlanılıb.