Bakı şəhərində bağçalarda boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir.
Növbəyə yazılmaq üçün valideynlər www.bq.edu.az saytı vasitəsilə müraciət göndərə bilərlər.
Bağçalara elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciət sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.