Bakıda bir sıra dönərxanalarda nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Paytaxt ərazisində yerləşən dönərxanalarda aparılan monitorinqlər nəticəsində bir sıra dönərxanalarda nöqsanlar aşkarlanıb. Qayda pozuntuları tapılan obyektlər aşağıdakı kimidir:
- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”;
- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”;
- Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küç., 7-ci mkr, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun";
- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küç., ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”.
Adıçəkilən müəssisələrin rəhbərləri məsuliyyətə cəlb olunublar, obyektlərin fəaliyyəti dayandırılıb.
Yoxlamaların bundan sonra da davam edəcəyi gözlənilir.
[caption id="attachment_121671" align="alignnone" width="640"]
Foto AQTA[/caption]