Bakının Qış Parkında İndoneziya mədəniyyəti, mətbəxi, məhsulları və turizm istiqamətlərini tanımaq məqsədilə festival keçiriləcək. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az məlumat verir.
7 iyul baş tutacaq tədbirin proqramı:
- 18:00-da İndoneziya məhsulları, mətbəxi, incəsənəti və turizm istiqamətləri sərgisi;
- 19:30-da İndoneziyanın ənənəvi rəqs və musiqi performansları.
Tədbir İndoneziya Respublikasının Səfirliyi tərəfindən keçirilir. Tədbirdə hər kəs sərbəst iştirak edə bilər.