Bakıda müxtəlif sahələrdən istehsalçıların sərgisi keçiriləcək. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az xəbər verir.
"Made in BRICS & SCO" beynəlxalq sərgisində 30-dan çox ölkədən olan istehsalçı və təchizatçılar öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Təşkilatçı kimi "EXPO Club Plus" və "Rusiya Ekspo Klubu" çıxış edir.
Sərgi 17-19 aprel tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. Giriş sərbəstdir.