Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərliklərin birində seksual manyakın peyda olduğu bildirilir. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Dənizdə istirahət edən qadın polisə müraciət edərək, dənizdə çimən zaman tanımadığı bir kişinin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib.
Müraciətlə bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır. Kişinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.