“BakıKart” günlərdir işləmir. Bu haqda Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
"BakıKart"ın onlayn ödəniş sistemi 11 gündür işləmir. Vətəndaşlar nəs saytdan, nə də mobil tətbiqdən istifadə edə bilmirlər. Hazırda "BakıKart"a yalnız terminallardan və digər platformalardan ödəniş etmək mümkündür. Bu da sərnişinlər arasında narazılığa səbəb olur.
Məsələ ilə bağlı Yerüstü nəqliyyat agentliyindən bildirilib ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.