Bakıda dekabrın 7-də dünyaşöhrətli rumın şairəsi Ana Blandiana ilə görüş keçiriləcək. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az xəbər verir.
Görüşdə, həmçinin yazıçı, ictimai xadim, insan haqları müdafiəçisi Ana Blandiananın “İndi mən sənə ibadət edirəm” kitabının təqdimatı baş tutacaq.
Təqdimat saat 17:30-da Bakı Kitab Mərkəzində olacaq. Tədbirə giriş sərbəstdir.