top
Bakılı müəllimlərimizi unutmayaq
05 oktyabr 2021, 02:31
- ↺ +

Bakılı müəllimlərimizi unutmayaq

Sara Aşurbəyli 27 yanvar 1906-ci ildə anadan olub. Ali təhsili ilə yanaşı, müəllimlik peşəsinə 1925-ci ildən Bakı Xalq Maarifi məktəblərində başlayıb. 1928-2001-ci illərdə SSRİ-nin müxtəlif müəssisələrində fransız, ingilis dili müəllimi, elmi işçi və katib vəzifələrində çalışıb. Aşurbəyli "Şirvanşahlar dövləti", "Bakı şəhərinin tarixi", "Orta əsrlər dövrü" və başqa 120-dən artıq elmi əsərin müəllifidir. O, "Xalqlar dostluğu" və "Şöhrət" ordenləri, "Azərbaycan SSR Dövlət mükafatı laureatı" fəxri adı ilə təltif edilib. Sara Aşurbəyli 17 iyul 2001-ci ildə Bakıda vəfat edib.

Arif Babayev 11 noyabr 1934-cü ildə anadan olub. Babayev 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib. ADU-nun Mexanika-riyaziyyat fakültəsində bir çox vəzifələrdə çalışıb. Babayev inteqral tənliklərin həlli haqqında bir sıra yeni teoremlər isbat və tədqiq etmişdir. Onun rəhbərliyi altında 40-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. O, "Şərəf nişanı" ordeni, "Əməkdar elm xadimi" fəxri adı ilə təltif olunub. Arif Babayev 5 iyul 1998-ci ildə Bakıda vəfat edib.

Arif Məlikov 13 sentyabr 1933-cü ildə anadan olub. Əmək fəaliyyətinə 1951-1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində başlayıb. Məlikov 1960-cı illərdən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Məlikov müxtəlif janrlarda yazılmış musiqi əsərlərinin müəllifi olmaqla, kinofilmlərə və teatr səhnə əsərlərinə musiqi bəstələyib. O, "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif olunub. Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib.

Əzim Əzimzadə 7 may 1880-ci ildə anadan olub. 1920-1943-cü illərdə Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub. Rəssamın əsərləri Bakının, Moskvanın və dünyanın bir sıra muzeylərində nümayiş etdirilir. Əzim Əzimzadə 15 iyun 1943-cü ildə Bakıda vəfat edib.

Hüseynqulu Sarabski 20 mart 1879-cu ildə anadan olub. O, müğənni, rejissor, teatr xadimi peşələri ilə yanaşı müəllim kimi də çalışıb. Azərbaycan Dövlət konservatoriyasında xalq mahnıları sinfində dərs deyib. O, "Azərbaycan SSR xalq artisti" adı, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub. Sarabski 16 fevral 1945-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Oxşar xəbərlər