Bakı İlahiyyat Kollecinə qəbula start verilib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qəbul yalnız 11 illik orta ixtisas təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq.
Bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.