Bakı məktəblərində “Son zəng” keçirilib. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az xəbər verir.
Bakı şəhəri Nizami rayonu 10 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edib və məzunları təbrik edib. Daha sonra çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov öz ürək sözlərini söyləyib.
Elm və təhsil naziri Emin Əmrullayev isə şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə keçirilən tədbirdə iştirak edib.
Eyni zamanda şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlı da bu məktəbdən məzun olur.