Bakı məktəblərində yoxlamalara başlanılıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarəolunması ilə bağlı monitorinqlərə start verilib. Yoxlamalar zamanı Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkilinə nəzarət olunacaq.
Proses zamanı müvafiq istiqamətlərə aid 35 meyar 4 səviyyə üzrə qiymətləndiriləcək. Bununla bağlı 6 komissiya yaradılıb.
Monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulub.