Bakıda daha iki əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
"Venta Company" MMC və "Tam Store" MMC-nin birgə təşkilatçılığı ilə Bakıda əmək yarmarkaları keçiriləcək.
Ümumilikdə 44 vakansiya təqdim olunacaq. İş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarkalardan biri 9 iyul tarixində Yasamal rayonu, Mətbuat prospekti, 37a, Yasamal rayon Heydər Əliyev Mərkəzində, ikincisi isə 12 iyul Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı–Salyan yolunun 14-cü km-də, Tam Store MMC-də keçiriləcək. Hər 2 yarmarka saat 11:00 - 13:00 arası baş tutacaq.