Sabunçu və Qaradağ rayonlarında qaz kəsilib. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və Qaradağ rayonunun Ələt qəsəbəsində qaz xətlərinin hava kipliyinə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılır.
Saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrində qazın verilişi kəsilib. Saat 11:00-dan isə Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.