Bakının Xətai və Suraxanı rayonlarında qazın verilişi dayandırılacaq. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Fasilə “Qum adası-Bayramzadə” yüksəktəzyiqli magistral qaz kəməri ilə “Qum adası-Ağ Şəhər” magistral qaz kəmərini birləştirmək üçün işlərin aparılması ilə əlaqədardır.
Bu səbəbdən oktyabrın 11-də gün ərzində Xətai rayonu üzrə M.Müşviq, M.Davud, “Pivəzavod”, “Alko” əraziləri və ətraf küçələrində 1500 istehlakçının, həmçinin Suraxanı rayonu üzrə Qum adası yaşayış massivində 700 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.