Suraxanı və Xəzər rayonlarında ekoloji qaydaların pozulması faktı aşkarlanıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub.
Qayda pozuntuları ilə bağlı 4 nəfər məsuliyyətə cəlb olunub.