Paytaxtın bir sıra rayonlarında içməli su kəsiləcək. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində içməli suyun verilişinə məhdudiyyət qoyulacaq. Buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzadır.
Hazırda qəza olan əraziyə xüsusi texnika və canlı qüvvə cəlb edilib. Təmir-bərpa işləri davam edir.
Qurum yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.